Ölkə

Meriya mitinqə icazə verdi

Metbuat.az

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqinə razılıq verib.



ANS PRESS-in məlumatına görə, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı AzadlıqRadiosuna bildirib.



O deyib ki, Bakı meriyasından onların ərizəsinə müsbət cavab verilib və onlar aprelin 5-də Bakının Yasamal rayonunda yerləşən "Məhsul" stadionunda mitinq keçirəcəklər. Bu dəfə aksiyada qiymət artımına etiraz şüarları səslənəcək.



F.Qəhrəmanlı mitinqdə iştirak üçün Milli Şurada təmsil olunmayan müxalifyönlü siyasi qüvvələrə birbaşa müraciət etmədiklərini deyib: "Biz elan etmişik ki, bu, ümumxalq mitinqidir, ölkədən gedən qiymət artımına etirazdır. Fikrimcə, siyasi qüvvələr üçün də cəmiyyətin maraqları önəmli olmalıdır."



Xatırladaq ki, Milli Şuranın sonuncu mitinqi bu il martın 15-də keçirilib.


Mənbə
ANS PRESS