Dünya
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra
Melburn yaxınlığındakı aeroportda iki təyyarə toqquşub
Kanberra, 11 aprel,
AZƏRTACAvstraliyanın Melburn şəhərinin cənub-şərqində yerləşən Murabbin aeroportunun uçuş-enmə zolağında yüngül mühərrikli iki təyyarə toqquşub. Nəticədə hər iki təyyarə ciddi xəsarət alıb.
Təyyarələrin göyərtələrində beş nəfər olub. Onlardan ikisinə qəza yerində yardım göstərilib, digər üç nəfər isə xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, havada olan təyyarənin mühərriki gözlənilmədən dayanıb. Təyyarəçi onu endirməyə çalışıb və nəticədə təyyarə həmin vaxt uçmağa hazırlaşan digər təyyarə ilə toqquşub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra