Ölkə

Məktəblilərə Ümummilli Liderin siyasi irsi öyrədilir

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Qəbələdə şagirdlərə ümummilli lider Heydər Əliyevin siyasi irsi öyrədilir.


AZƏRTAC

xəbər verir ki, Qəbələ rayon Heydər Əliyev Mərkəzində Soltannuxa kənd tam orta məktəbinin 11-ci sinif şagirdləri üçün "Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərs keçirilib. Bildirilib ki, ulu öndər Heydər Əliyev Azərbaycan dövləti və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb. Qeyd olunub ki, hazırda ölkəmiz davamlı və dinamik templə inkişaf edir.


Məktəblilər Heydər Əliyev Mərkəzindəki eksponatlarla da tanış olublar.