Ölkə

"Məktəbəqədər təhsil üzrə kurikulum beynəlxalq kontekstdə" mövzusunda tədbir

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

Təhsil Problemləri İnstitutunda (TPİ) "Məktəbəqədər təhsil üzrə kurikulum beynəlxalq kontekstdə" mövzusunda tədbir keçirilib.


İnstitutdan

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə TPİ-nin direktor müavini Ənvər Abbasov mövzunun əhəmiyyətini qeyd edib. O, məktəbəqədər təhsilin gələcək inkişafa təsir edən bir sütun kimi ən önəmli sahələrdən olduğunu vurğulayıb.


“Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Ülviyyə Mikayılova kurikulum, onun əsas elementləri və beynəlxalq konteksdən baxışı, xüsusilə də Şimali Amerika, Skandinaviya və Qərbi Avropa ölkələrində kurikulumlar barədə təqdimatla çıxış edib. Diqqətə çatdırılıb ki, kurikulumun formalaşmasına uşaqların erkən yaş dövründə qazanılan vacib bacarıq və biliklər barədə təsəvvürlər, bilik və bacarıqların əldə edilməsi prosesində uşaqların rolu, uşağın və uşağlıq dövrünün dəyəri, dominant pedaqoji konsepsiyalar, dominant kurikulum ideologiyaları, maksimum səmərəsi olan öyrənmə prosesinin təşkili, öyrədiləsi məzmun, inzibati proseduralar və digər amillər təsir edir. Xarici kurikulumları araşdırarkən ki, bəzi xarici ölkələrdə kompetensiya yönümlü kurikulum nəticə yönümlü kurikulumla əvəzlənir. Bildirilib ki, kurikulumların yaranmasına təsir göstərən əsas amillərdən biri də ideologiyadır. İdeoloji nöqteyi-nəzərdən neytral kurikulum yoxdur.


Sonda mövzuya dair suallar cavablandırılıb, təkliflər səsləndirilib.