Meksikada yoxa çıxan tələbələrin valideynləri mafiyadan kömək istədi
Bakı. 2 aprel. REPORT.AZ/ Meksikanın Gerrero ştatında ötən ilin sentyabr ayında yoxa çıxan 43 tələbənin valideynləri, rəsmi qurumlar tərəfindən aparılan istintaqa inanmadıqları bəyan edərək, mafiyadan kömək istəyiblər.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Meksikanın ən tanınmış narkokarteli hesab olunan "Los-Roxos"un (Qırmızılar) liderlərinə müraciət edən valideynlər, övladlarının tapılmasında köməklik göstərilməsini xahiş ediblər.
Xatırladaq ki, 43 tələbə Meksikanın cənubdakı İquala şəhərində polislə toqquşmalardan sonra yoxa çıxıb. İstintaqın versiyasına görə tələbələr polis tərəfindən oğurlanaraq yerli cinayətkar dəstəyə verilib.
Hətta baş prokuroru Jesus Murillo tələbələri öldürüb meyitlərini yandırdıqlarını etiraf edən şübhəlilərin videoyazısını mətbuata nümayiş etdirmişdi.
Ancaq gənclərin yaxınları qətl versiyasına inanmayaraq tələblərin hələ də sağ olduqlarına inanırlar.