Maraqlı
Maşa qəzəbli ov itlərini əzdi - FOTO
Rusiya Federasiyasının tərkibindəki Saxa-Yakutiya Respublikasında ayı ilə itlərin döyüşünün əks olunduğu fotoları prokurorluq araşdırmağa başlayıb.
Milli.Az SiberiaTimes-a istinadən bildirir ki, boğazındakı zəncirlə ağaca bağlanmış "Maşa" adlı 5 yaşlı dişi ayının ətrafına yığışanlar yırtıcının üstünə ov itlərini qısqırdırlar.
Bir neçə it ayını dişləyir, gəmirir. Maşa da onları pəncələri ilə əzir, öldürməyə çalışır.
Sonda ovçular Maşanı öldürürlər.
Yakutsk şəhəri yaxınlığındakı "Bayanay" ovçuluq klubunda baş vermiş bu olayı fotoqraf Spiridon Sleptsov çəkib.
Onun dediyinə görə, Sibirdə ənənəvi olan bu olayın məqsədi ən yaxşı ov itini müəyyənləşdirməkdir.
Milli.Az