İqtisadiyyat
Martda SOCAR dövlət büdcəsinə 114 milyon manata yaxın vəsait ödəyib
Bakı, 8 aprel,
AZƏRTACAzərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin martında dövlət büdcəsinə 113 milyon 714 min manat vəsait ödənilib.
SOCAR-ın mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, ümumiyyətlə yanvar-mart aylarında şirkət büdcəyə 340 milyon 443 min manat vəsait köçürüb.
Martda SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 229 min manat vəsait ödəyib. Yanvar-mart aylarında isə şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 34 milyon 686 min manat təşkil edib.