İqtisadiyyat
Martda Ceyhan limanından 2,038 mln. ton Azərbaycan nefti ixrac olunub
Bu həcmin 1 226,3 min tonunu Azərbaycan
Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-mart aylarında isə Ceyhan limanından ixrac olunmuş neftin ümumi həcmi 6 862,1 min ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il aprelin 1-ə qədər Ceyhan limanından 268,801 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb.