İqtisadiyyat
Martda BTC neftinin orta qiyməti 57,3 dollar olub
Qurumun Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2015-ci ilin mart ayında 119,4 min ton dizel yanacağı və 31,3 min ton təyyarə yanacağı ixrac edib.
Ümumilikdə, 2015-ci ilin yanvar-mart ayları ərzində 284,6 min ton dizel yanacağı, 63,8 min ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac olunub. Bu ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin 1 ton üçün qiyməti 592,36 dollar, təyyarə yanacağının qiyməti 539,78 dollar, dizel yanacağının dəyəri 509,47 dollar, 1% kükürdlü mazutun qiyməti isə 306,38 dollar təşkil edib.