İqtisadiyyat
Martda brokerlərin renkinqinə “Paşa Kapital” MMC başçılıq edib
Bakı, 8 aprel,
AZƏRTAC
Mart ayında Bakı Fond Birjasının dövlət qiymətli kağızlar və korporativ qiymətli kağızlar bazarı sektorunda (repo əməliyyatlar istisna olaraq) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi açıqlanıb.
Bakı Fond Birjasından
AZƏRTAC-a bildiriblər ki, martda “Paşa Kapital” MMC 125,5 milyon manatlıq əməliyyat həcmi ilə renkinqə başçılıq edir. İkinci yeri 54,9 milyon manatla “Texnika Kapital Menecment” MMC, üçüncü yeri 13,1 milyon manatla “Xalq Kapital” MMC tutur.