İqtisadiyyat

Martda bankların aktivləri 28 milyard 632,5 milyon manat təşkil edib

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

Bu il martın 1-nə bankların aktivləri 28 milyard 632,5 milyon manat təşkil edib.


AZƏRTAC

Mərkəzi Banka istinadən xəbər verir ki, yanvarın 1-nə bankların ümumi aktivləri 25 milyard 182,5 milyon manat olub. Fevralda bankların aktivləri 3 milyard 794,8 milyon manat artıb.


Həmin dövrdə bankların kredit qoyuluşlarının məbləği 20 milyard 137,7 milyon manat, məcmu kapital 4 milyard 281,8 milyon manat, əhalinin əmanətləri 7 milyard 932,7 milyon manat təşkil edib.