İqtisadiyyat

Mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 11,2% bahalaşıb

Metbuat.az

Bakı. 14 aprel. REPORT.AZ/ Bu ilin mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 11,2%, sərnişindaşıma tarifləri isə 0,8% bahalaşıb.


Bu barədə “Report”a Azərbaycan 

Dövlət Statistika Komitəsi

ndən bildirilib.


Hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,9%, digər xarici ölkələr üzrə 6,9% bahalaşma müşahidə olunub. Yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.


Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 4,2% ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.


Dəniz nəqliyyatında yükdaşıma tarifləri MDB və digər xarici ölkələr üzrə müvafiq olaraq 30,2 və 32,2% bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.


Mart ayında boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 17,7 və 21,8% bahalaşmışıb. Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 0,1% bahalaşma qeydə alınıb, sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.