İqtisadiyyat
Mart ayında Ceyhan limanından 1,2 milyon ton xam neft ixrac olunub
Bakı, 1 aprel,
AZƏRTACAzərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu ilin martında Novorossiysk limanından 169 min 470 ton, Supsa limanından 254 min 3 ton, Ceyhan limanından isə 1 milyon 226 min 280 ton xam neft ixrac edib.
SOCAR-ın mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə yanvar-mart ayları ərzində Novorossiysk limanından 423 min 785 ton, Supsa limanından 762 min 290 ton, Ceyhan limanından isə 4 milyon 554 min 399 ton xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.