İqtisadiyyat

Mart ayında 69 mindən çox avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

Metbuat.az

Bakı, 5 aprel,

AZƏRTAC

2015-ci ilin mart ayında 69,020 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.


İcbari Sığorta Bürosundan

AZƏRTAC

-a bildiriblər ki, bunların 16,103-ü xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,3 milyon manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 13 faiz, sığorta haqlarının məbləğində isə 20,3 faiz artım müşahidə edilib.


Ümumilikdə 2015-ci ilin 1-ci rübü ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 198,855 sığorta müqaviləsi bağlanılıb. Bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 15,4 milyon manat təşkil edib. Keçən ilin 1-ci rübü ilə müqayisədə sığorta müqavilələrinin sayında 24,2 faiz, sığorta haqlarının məbləğində isə 29,6 faiz artım müşahidə olunub.