Maraqlı

Marketdən aldığı çörəkdən siçan çıxdı - FOTO

Metbuat.az

Britaniyada ən populyar supermarketlər şəbəkələrindən biri "Aldi" ilə bağlı böyük qalmaqal yaşanır.



Endryu Odell adlı şəxs Twitter-dəki profilində "Aldi"dən aldığı çörəyin fotolarını paylaşıb.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Odellin yazdığına görə, polietilen paketdəki çörəyin içində siçan vardı: "Özü də siçan hələ diri idi".
 
"Aldi" marketlər şəbəkəsi Odelldən üzr istəyib və olayın ən ciddi şəkildə araşdırılacağını bildirib.
 
Milli.Az