Dünya

Mario Draqi: Avrozona Yunanıstandakı böhrana hazırdır

Metbuat.az

Berlin, 20 aprel,

AZƏRTAC

Avropa İttifaqında Yunanıstandakı böhranın mənfi nəticələrinin avrozonanın digər ölkələrinə yayılmasından qorxmurlar.


Avropa Mərkəzi Bankının başçısı Mario Draqi Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının iclasında çıxışı zamanı bəyan edib: “Bu gün biz 2012, 2011, 2010-cu ildən daha yaxşı hazırıq”.


Fransanın maliyyə naziri Mişel Salen də eyni fikirdədir. Onun sözlərinə görə, avrozonada beş il bundan əvvəlkindən fərqli vəziyyət mövcuddur. Əgər nə isə ciddi bir şey baş versə, onda problemlə avrozonanın digər ölkələri deyil, təkcə Yunanıstan və onun vətəndaşları qarşılaşacaq. “Reuters” nazirin fikrindən sitat gətirib: “Biz təhlükəsizliyimizin təmini üçün çəpər ucaltmağı öyrənmişik. Avropa mümkün sarsıntılardan müdafiə olunub”.


Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin