Maraqlı
Madonnanın çılpaq fotoları yayımlanacaq
Məşhur müğənni Madonnanın 1979-cu ildə 19 yaşında çəkilən şəkilləri "Playboy" dərgisinin may buraxılışında yer alacaq.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçının bu fotoları hələ məşhur olmazdan əvvəl Nyu-Yorkda Martin H.M. Şreyber tərəfindən lentə alınıb.
Madonnanın sözügedən şəkilləri Şreyberin 1966-cı ildən 2014-cü ilə qədər lentə aldığı fotolar arasından seçilmiş əl işlərinin yerləşdiriləcəyi kitabda da nəşr olunacaq.
Müğənninin bu görüntüləri uzun müddət gizli saxlanılıb. Onlar bir neçə il əvvəl işıq üzünə çıxarılıb. Buna görə də Madonna onlara "itmiş pozlar" adını verib.
Milli.Az