Maraqlı

Madonna qalmaqal yaratdı, görənləri şoka saldı - VİDEO - FOTO

Metbuat.az
Dünyanın ən məşhur müğənnilərindən biri, pop-musiqinin kraliçası Madonna yenə qalmaqal yaradıb.
 
ABŞ-ın Kaliforniya ştatındakı Palm-Sprinqs şəhərində keçirilən "Coachella" festivalında səhnəyə çıxan müğənnilər arasında 56 yaşlı Madonna da vardı.
 
O, reper Dreyklə "Express Yourself" mahnısını duet oxuyub. Səhnədə olan Madonna 28 yaşlı Dreykə yaxınlaşaraq onun dodaqlarından öpüb. Dreyk Madonnanın saçlarını sığallamaq istəsə də, qalmaqallı "kraliça" reperin əlini kənara itələyib.
 
Öpüşdən sonra sifətini turşudan Madonna səhnəni tərk edib.
 
Bu qalmaqallı perfomans Madonnanın belə əməllərinə alışmış fanatlarını belə, heyrətləndirib.
 
Milli.Az
 




Videonu izləmək üçün şəkilə klikləyin.