London yaxınlığında iri neft yatağı aşkarlanıb
Bakı. 9 aprel. REPORT.AZ/ Londondan 50 km aralıda, "Qatvik" (Gatwick) hava limanı yaxınlığında yeni neft yatağı aşkar edilib. "Report"un Böyük Britaniya mediyasına istinadən verdiyi xəbərə görə, bu barədə "UK Oil and Gas Investments" (UKOG) şirkəti məlumat yayıb.
Məlumata görə, ümumi ehtiyatı 100 mlrd. barel olan yatağın hər 2,6 kv. km-i üçün 158 mln. barel neft düşür.
Qurum qazma işlərinin bu ay başladığını və neftin 914-762 metr dərinlikdə yerləşdiyini deyib. Ekspertlər hesab edirlər ki, bu, ABŞ və Qərbi Sibirdə aparılan oxşar geoloji tədqiqatlarla müqayisədə neft hasilatı buradakı ehtiyatın 3-15%-ni təşkil edə bilər.
UKOG-un icraçı direktoru Stiven Sanderson məsələyə şərh verərkən bu tapındının Britaniya üçün milli əhəmiyyət kəsb etdiyini deyib və son 30 ilin ən əhəmiyyətli kəşfi adlandırıb.