Maraqlı

Lincoln-dan möhtəşəm konsept - FOTO

Metbuat.az

“Lincoln” şirkəti rəsmi olaraq yeni möhtəşəm konsept sedan “Continental”ı təqdim edib. Avtomobilin təqdimatı Nyu-York avtosalonunda keçirilib. Yenilik bir qədər sonra təqdim ediləcək seriyalı versiyanın prototipidir. 

 
Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobil yeni radiator barmaqlığı, diodlu optika, 21-düymlük alüminium təkər diskləri və xüsusi “E-Latch” qapı dəstəkləri alıb. Salonda 30 cür tənzimlənən oturacaqlar, “Revel Ultima” audiosistemi, şampan butulkaları üçün xüsusi yer və panorama dam quraşdırılıb.
  
Yenilik 3,0-litrlik “V6 EcoBoost” mühərriki ilə təchiz edilir. Dinamik xarakteristika barədə məlumat hələlik gizli saxlanılır. 
 
Sürücüyə qabaqcıl təhlükəsizlik sistemi, o cümlədən ətraf müşahidə funksiyaları, toqquşmanın qarşısını alan və piyadaların müəyyən edilməsi sistemləri təklif ediləcək.
 
Milli.Az