Maraqlı
Leonardo Di Kaprio lüks villalar tikdirir - FOTO
Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Leonardo Di Kaprio daşınmaz əmlak sahəsində biznesini aktivləşdirir.
Milli.Az New York Times-a istinadən bildirir ki, 40 yaşlı aktyor Belizdə 2005-ci ildə satın aldığı Bləkador Key adasında superlüks villalar kompleksi inşa etdirərək satışa çıxarmaq niyyətindədir.
Di Kaprionun bu məkanda 104 hektar əraziyə malik adası var.
2018-ci ildə istifadəyə verilərək satışa çıxarılacaq kompleksdəki 68 "resort" tipli villa və 48 evin baha qiymətə satılacaqları gözlənilir. Belə ki, villaların hər birinin qiyməti ən azı 15 milyon dollar, evlər isə 5 milyon dollar olacaq.
Leonardo Di Kaprionun dediyinə görə, adanı ekoloji kurorta döndərmək niyyətindədir.
Aktyor layihəni Nyu-Yorkdakı "Delos" development şirkətinin icraçı direktoru Pol Sçialla ilə birlikdə icra etmək niyyətindədir.
Blakador Keyə ən yaxın şəhər qayıqla 15 dəqiqəlik məsafədə olan San-Pedrodur.
Milli.Az