Lənkəranlı pəhləvanlar Bakıda keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər
Lənkəran, 22 aprel,
AZƏRTACLənkəranın yunan-Roma güləşçiləri Bakıda yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnirdə uğurla çıxış ediblər.
AZƏRTAC
xəbər verir ki, Lənkəranı təmsil edən 4 pəhləvan yarışa baş məşqçi Vüqar Sultanovun rəhbərliyi ilə qatılıblar.
Lənkəranlı güləşçi Təbriz Yusubzadə 55 kiloqram çəki dərəcəsində gənclər arasında bütün rəqiblərinə qalib gələrək beynəlxalq turnirin qızıl medalını qazanıb. Turnirin digər bir medalı isə 46 kiloqram çəki dərəcəsində lənkəranlı yeniyetmə Səid Cahangirzadənin aktivinə yazılıb. O, yarışın bürünc medalına layiq görülüb.
Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri də iştirak ediblər.