İqtisadiyyat
Lənkəranda yeni pomidor növləri yetişdirildi
Lənkəran təsərrüfatlarında pomidor əkininə başlanılıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, fevralda istixanalarda səpilən pomidor toxumları 60-65 gün şitillik dövrünü başa vurduqdan sonra açıq sahələrə köçürülür. Lənkəran Zona Təcrübə Stansiyasında əkin zamanı “Zəfər”, “Alsu”, “İlkin” və “Leyla” pomidor növlərindən istifadə edilir.
Bu il rayonda pomidor əkini sahələrinin genişləndirilərək 3 min hektara çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, ötən il Lənkəranda 2 min 467,5 hektar sahədə pomidor əkilib və 74 min ton məhsul götürülüb. Bu il isə fermerlər Lənkəranda pomidor sahələrindən 75 min tondan çox məhsul yığılmasını proqnozlaşdırırlar.
Milli.Az