Dünya

Kürdlərə qoşulduğu üçün tutuldu

Metbuat.az

Avstraliyanın siyasi xadimi, deputat

Metyu Qardiner

Yaxın Şərqdən qayıdarkən hava limanında həbs edilib.



Anspress

-in məlumatına görə, bazar günü - aprelin 5-də saxlanılan keçmiş deputat İŞİD terror qruplaşmasına qarşı döyüşlərdə iştirak etməkdə ittiham olunur.



Bildirilir ki, o, Avstraliyanın müxalif Leyborist partiyasının şimal bölgəsinin prezidenti olub. Amma 2015-ci ilin əvvəlində İŞİD-ə qarşı döyüşən kürd silahlılarına qoşulmaq üçün ölkəni tərk edib. Bu məlum olanda isə onu partiyadakı vəzifəsindən azad ediblər.



Qeyd edək ki, Avstraliya ABŞ-ın başçılıq etdiyi İŞİD-ə qarşı koalisiyanın üzvüdür. Ölkənin xüsusi xidmət orqanlarının məlumatına görə, ən azı, 90 avstraliyalı İŞİD-in tərkibində döyüşür.



Milli.Az