Ölkə
Kürdəmirdə taxıl biçininə ciddi hazırlıq görülür
Kürdəmir, 22 aprel,
AZƏRTACKürdəmir rayonunda cari ilin məhsulu üçün 37773 hektar sahədə taxıl yetişdirilir. Artıq indidən məhsul yığımına ciddi hazırlıq görülür.
Rayon icra hakimiyyətindən
AZƏRTAC-a verilən məlumatda bidirilir ki, taxıl biçinində 27 kombayndan istifadə olunacaq. Hazırlıq işlərində “Aqrolizinq” ASC-nin “Kürdəmir aqrotexservis” filialı fəallıq göstərir. Texniki nasazlığı olan kombaynlar mütəxəssislər tərəfindən təmir edilir. Həmçinin, biçində istifadə olunacaq texnika üçün lazımi ehtiyat hissələrinin gətirilməsi məqsədilə tədbirlər görülür.
Biçin kampaniyası üçün rayona digər bölgələrdən, xüsusilə məhsul yığımı gec başlanacaq dağlıq rayonlardan əlavə olaraq 100-dən çox kombaynın cəlb edilməsi nəzərdə tutulur.