Dünya

KQB arxivi açılır

Metbuat.az

Ukrayna Sovet KQB-sinin (DTK) arxivini açır.



ANS PRESS-in UNİAN-a istinadən verdiyi məlumata görə, bu qərar Ali Radada qəbul edilib. Qanunun lehinə 261 deputat səs verib. Səsvermədə ümumilikdə 320 deputat iştirak edib.



KQB arxivinin Ukrayna Milli Yaddaş İnstituna veriləcəyi gözlənilir.



Qeyd edək ki, bu Ukraynanın KQB arxivini açması ilə bağlı ilk cəhdi deyil. 2009-cu ildə də Ukrayna xüsusi xidmət orqanları 1917-91-ci ilə aid olan məxfi sənədlərə girişin mümkün olacağı qərarını qəbul etmişdi. Bu o demək idi ki, həmin dövrə aid olan sənədlərin üzərində tam məxfi sözləri götürülürdü. Lakinin 2009-cu ildəki qərarla KQB arxivlərinə giriş tam mümkün olmamışdı. Budəfəki qərararla isə arxivlərin bütünlüklə açılacağı gözlənilir.

Mənbə
ANS PRESS