İqtisadiyyat

Korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditin qarşısında duran məsələlər müzakirə olunacaq

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

Aprelin 30-da Auditorlar Palatasında “Korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditin qarşısında duran problemlər və onun həlli yolları” mövzusunda konfrans keçiriləcək.


Bu barədə Auditorlar Palatasından

AZƏRTAC

-a bildiriblər.


Konfrans Auditorlar Palatası, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə keçiriləcək.