İqtisadiyyat

Korporativ stil müsabiqəsinin qalibi müəyyən olub

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

“Caspian Development Bank (CDB)” ASC-nin elan etdiyi korporativ stil müsabiqəsinin qalibi müəyyən olub.


CDB-dən

AZƏRTAC

-a bildiriblər ki, Əzizə Gülümcanlı adlı iştirakçının təqdim etdiyi eskiz ən uğurlu hesab edilərək bankın loqosu kimi qəbul edilib və qalib seçilib. Qalibə 1000 AZN məbləğində pul mükafatı verilib.


Qeyd edək ki, CDB ASC bu il fevralın 1-də “Loqo və korporativ stilin yaradılması” adlı müsabiqə elan etmişdi. Müsabiqədə 116 iştirakçı 328 loqo eskizi ilə iştirak edib.