Texnologiya
Kompakt-disklər sıradan çıxır?!
The Wall Street Journal nəşri Beynəlxalq Səsyazma Sənayesi Fedrasiyasının məlumatına istinadən yazır ki, 2014-cü ildə internet üzərindən musiqi satışı və striminq musiqi xidmətindən əldə olunan qlobal gəlir ilk dəfə kompakt-disklərin satışını ötüb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, bir ildə kompakt-disk və fiziki daşıyıcıların satış həcmi 8 faiz azalaraq 6,82 milyard dollar təşkil edib. Əksinə, internet üzərindən musiqi satışından əldə olunan gəlir təxminən 7 faiz yüksələrək 6,85 milyard dollar olub.
Spotify və Beats Music kimi striminq musiqi xidmətləri bəzi artistlər tərəfindən tənqidə baxmayaraq inkişaf edir.
Milli.Az