Dünya

Koalisiya qüvvələri Yəmənin Taiz şəhərinə aviazərbələr endirib

Metbuat.az

[ 03 Aprel 2015 00:56 ]



Bakı-APA. Koalisiya qüvvələri Yəmənin Taiz şəhərinə aviazərbələr endirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hədəfdə husiləri dəstəkləyən hərbçilərin mövqeləri olub.

Həmçinin Taiz beynəlxalq hava limanının da zərbələrə məruz qaldığı bildirilir.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq  koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə  başlayıb.