Ölkə

Kəndlərlə əlaqəmiz kəsildi (FOTO)

Metbuat.az

Son günlər Cənub bölgəsində düşən gücülü yağış nəticəsində Cəlilabad rayonunda torpaq sürüşməsi baş verib.



ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, torpaq sürüşməsi Cəlilabad-Sadatlı avtomobil yolunun müxtəlif hissələrinin çökməsinə səbəb olub.



Yolun 2 ayrı ayrı hissəsinin dağılması nəqliyyat vastələrinin hərkətini çətinləşdirib. Yolda dərinliyi yarım metrə çatan çatlar yaranıb.



Ən təhlükəli vəziyyət yolun Qamışlıgöl və Sadatlı kəndlərini birləşdirən hissəsindədir. 10-a yaxın kəndin mütəmadi istifadə etdikləri avtomobil yolunun müxtəlif hissəsində baş verən sürüşmə asfalt qatının aralanmasına səbəb olub.



Yerli sakinlərin sözlərinə görə, bir neçə gün öncə yağan yağışdan sonra burada sürüşmə daha da sürətlənib. Yolun sürüşmə nəticəsində çökməsi dünəndən kəndlərin rayon mərkəzi ilə əlaqəsini kəsib.



Suruşmə zonasında olan bəzi evlərin və yardımçı tiklilərin divarlarında iri çatlar yaranıb. Sürüşmənin belə sürətlə davam etməsi tədricən ətraf təpələrdə iri topaq qatının uçmasına da gətirib çıxara bilər.



Cəlilabad Fövqəlada Hallar Komissiyasının sədri Asif Əzizov bildirib ki, əraziyə baxış keçirlməsi üçün mütəxəssilər dəvət olunub. Sürüşmə zonasındakı aktivlik yoxlanıldıqdan sonra yolun çökmüş hissəsində bərpa işləri aparılacaq.







Mənbə
ANS PRESS: Rəhman Məlikov