İqtisadiyyat

Kənd Təsərrüfatı Nazirliyi sistemi üzrə İKT strategiyası hazırlanacaq

Metbuat.az

Bakı, 12 aprel,

AZƏRTAC

 


Kənd Təsərrüfatı Nazirliyi sistemi üzrə bu il informasiya-kommunikasiya texnologiyaları (İKT) strategiyası hazırlanacaq. Bundan əlavə, Azərbaycanda kənd təsərrüfatı texnikalarının qeydiyyatı üzrə elektron sistem yaradılacaq.


Nazirlikdən

AZƏRTAC

-a verilən məlumata görə, bu işlər Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı Sərəncamla təsdiqlənən “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.


Tədbirlər Planına əsasən nazirliyin mərkəzi məlumat bazası və korporativ şəbəkə infrastrukturunun və Çağrı Mərkəzinin, elektron kargüzarlıq, insan resurslarının idarə edilməsi və elektron arxiv sistemlərinin yaradılması planlaşdırılır.