İqtisadiyyat
Kənd təsərrüfatı naziri Tərtərdə vətəndaşlarla görüşəcək
Bakı. 16 aprel. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov aprel ayının 24-də saat 11:00-da Tərtər rayonunda Tərtər, Bərdə, Ağcəbədi, Ağdam və Laçın rayonlarının sakinləri ilə görüşəcək.
"Report" xəbər verir ki, görüşdə iştirak etmək istəyən vətəndaşlar Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsinə (tel.: (055-211-44-75) və
Kənd Təsərrüfatı Nazirliyinə (tel.: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Qaynar Xətti (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.