Kaxa Kaladze: “Şahdəniz-2” layihəsi Avropa üçün böyük əhəmiyyət kəsb edir
Tbilisi, 18 aprel,
AZƏRTAC“Şahdəniz-2” layihəsi təkcə Azərbaycan və Gürcüstan üçün deyil, Avropa üçün də böyük əhəmiyyət kəsb edir. Bu layihə hamımız üçün eyni əhəmiyyətlidir.
AZƏRTAC
xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze söyləyib.
K.Kaladze deyib: “Azərbaycanlılar bizim dostumuz, qardaşlarımızdırlar. Biz Azərbaycan ilə həmişə əməkdaşlıq edəcəyik. Biz bu gün birlikdə çox mühüm əhəmiyyətli layihələr həyata keçiririk və birgə fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycan neft-qaz məhsullarını Gürcüstan və Türkiyə vasitəsi ilə Avropa ölkələrinə nəql edir. Bu isə bizim hamımız üçün faydası var”.
Gürcüstan Baş nazirinin müavini Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi enerji layihələrini yüksək qiymətləndirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi