Maraqlı
Kardaşyan təbliğat vasitəsi oldu - FOTO
Pornoqrafik videoları sosial şəbəkələrdə yayılandan sonra məşhurlaşan amerikalı realiti-şou ulduzu Kim Kardaşyan və ailə üzvlərinin Ermənistana səfəri davam edir.
"Keeping Up With the Kardashians" realiti-şousunun yeni seriyasının çəkilişləri üçün Yerevana yollandığını demiş 34 yaşlı Kim Kardaşyanı əri, reper Kanye Uest, qızı Nort Uest, bacısı Hloya müşayiət edir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Kardaşyanlarla Kanye Uest dünən Yerevan yaxınlığındakı Sisernakaberddəki qondarma "ermən soyqırımı" memorialına baş çəkiblər.
Burada jurnalistlərin suallarını cavablayarkən K.Kardaşyan qondarma "erməni soyqırımı"nın "dünya miqyasında tanınması üçün" səylərini davam etdirəcəyini bəyan edib.
Ermənilər də sevinirlər. Yerevan mediası hesab edir ki, Kardaşyanlar ailəsinin Ermənistana səfəri, xüsusilə də Kim Kardaşyanın Sisernakaberddə olması qondarma "soyqırım"ın ABŞ telekanallarında və ümumiyyətlə, mediasında "əla təbliğatı"dır.
Milli.Az