İqtisadiyyat

“Kapital Bank” “Hesab.az” portalına qoşulub

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

“Kapital Bank” “Hesab.az” onlayn xidmətlər portalına qoşulan bankların siyahısına daxil olunub.


Bankdan

AZƏRTAC

-a bildiriblər ki, müştərilərə nağd pul və istehlak kreditləri, “Kapitalkart” taksit kartı və təcili kredit xətti üzrə kredit borcunu “Hesab.az” vasitəsilə onlayn ödəmək imkanı yaradılıb.


Müştərilər mayın 22-ə qədər “Kapital Bank” borcunu portalda ödədikdə 1 deyil, 3 qat bonus qazanacaqlar.


Məbləğindən asılı olmayaraq borcu ödədikdə 1 AZN komissiya haqqı tutulur.