İqtisadiyyat

İxracın dəstəklənməsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Metbuat.az

Bakı, 17 aprel,

AZƏRTAC

İxracın dəstəklənməsi və təşviqi sahəsində Türkiyənin təcrübəsinin öyrənilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları və Türkiyə İqtisadiyyat Nazirliyinin ekspertlərinin iştirakı ilə seminar keçirilib.


Nazirlikdə

AZƏRTAC

-a bildiriblər ki, seminarda türkiyəli ekspertlər Türkiyədə ixracın dəstəklənməsi mexanizmləri, o cümlədən ixracın dəstəklənməsində xüsusi rol oynayan emal rejiminin tətbiqi ilə bağlı prosedurlar, eləcə də sərgilərdə iştirak, Türkiyə məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması, xarici bazarlara çıxış, bazar araşdırması və maarifləndirmə, türk malları və şirkətlərinin marka və brendləşdirməsi üzrə dəstəkləmə tədbirləri və digər təşviq mexanizmləri haqqında təqdimatlarla çıxış ediblər.


Seminarda müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.