İqtisadiyyat

İtaliyanın iqtisadi inkişaf naziri Azərbaycana səfər edəcək

Metbuat.az

Bakı. 13 aprel. REPORT.AZ/ İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi aprelin 14-də Azərbaycana səfərə gələcək. "Report" İtaliya KİV-inə istinadən xəbər verir ki, Bakıya səfəri zamanı F.Quidi Azərbaycan və İtaliya arasında ikitərəfli iqtisadi münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək. 


Həmçinin Azərbaycan Dövlət Neft Şirkəti (

SOCAR

) və İtaliyanın "Maire Tecnimont" şirkəti arasında Sumqayıt şəhərində polipropilen istehsalı zavodunun tikintisi haqqında müqavilə imzalanacaq. Müqavilənin dəyəri 350 mln. avro təşkil edir.