İqtisadiyyat
İstehlaka yararsız məhsullar məhv edilib
Bakı, 10 aprel,
AZƏRTACİqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq aparılıb.
Nazirlikdən
AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Biləcəri, Yeni Suraxanı qəsəbələrində, Qaradağ, Suraxanı, Binəqədi, Xətai rayonlarında, Xırdalan, Sumqayıt, Qazax, Ağcabədi, Gəncə, Zərdab, Qusar, Xaçmaz, Xudat, Qəbələ, Qax, Tərtər və Ağdam şəhərində mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.