İqtisadiyyat

İstehlaka yararsız məhsullar məhv edilib

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, monitorinqlər zamanı Bakının Sabunçu, Yasamal, Nəsimi, Binəqədi, Nərimanov rayonlarında, Gəncə, Mingəçevir, Saatlı, Zaqatala, Sumqayıt, Beyləqan, Xaçmaz, Ağsu, Sabirabad şəhərlərində mağazalarda istehlaka yararsız məhsullar aşkarlanaraq məhv edilib.


Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.