İqtisadiyyat
İstanbulda Ümumdünya Turizm Forumu keçiriləcək
Bakı. 3 aprel. REPORT.AZ/ Aprelin 30-da İstanbulda Ümumdünya Turizm Forumu keçiriləcək. "Report" xəbər verir ki, "Anadolu" Agentliyi bu haqda məlumat yayıb.
Türkiyə Mədəniyyət və Turzm Nazirliyi ilk dəfədir bu tədbiri dəstəkləyir. Forum çərçivəsində "Turizm və sərmayə", "Xarici siyasət və turizm", "Onlayn turizm" mövzuları ətrafında müzakirələr aparılacaq.
Foruma Avropa, Körfəz dövlətlərinin lideriləri, habelə Türkiyə, Azərbycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiaya, Qətər və Yunanıstanın turizm qurumlarının rəsmi nümayəndələri də qatılacaq.
Tədbirin sonunda 36 nominasiya üzrə "Turzm Oskarı" mükafatı təqdim ediləcək.