İsrailin varlığı təhlükədədir
İsrailin baş naziri Benyamin Netanyahunun Lozanna danışıqları ilə razılaşmır
İranla nüvə proqramına dair istənilən razılaşma İsrailin mövcudolma hüququnu əlindən almamalıdır.
Anspress
-in məlumatına görə, İranla razılaşmaya qarşı çıxan yeganə ölkə İsrailin baş naziri
Benyamin Netanyahunun Lozanna danışıqlarına reaksiyası bu cür olub.
Netanyahu qeyd edib ki, hazırkı razılaşma sənədləri Yaxın Şərqdə nüvə silahının yayılma riskini artırır və dəhşətli müharibənin başlamasına zəmin yaradır.
“Hökumət qəti şəkildə razılaşmanı rədd edir. Bu razılaşma İsrailin varlığını təhlükə qarşısında qoyur. İran heç bir nüvə müəssisini bağlamayacaq, sentrifuqaları məhv etməyəcək və uranın zənginləşdirilməsinə də son qoymayacaq. Əksinə, razılaşma İranın bu istiqamətdə fəaliyyətini qanuniləşdirir. Bütün bunlar isə İranın regionda terror fəaliyyəti gücləndiyi bir vaxtda baş verir. İsrail onu məhv edəcəyinə and içən ölkə ilə heç bir razılaşmanı qəbul etməyəcək”
Bir qədər əvvəl Amerika Birləşmiş Ştatları prezidenti
Barak Obamabildirmişdi ki, İranla əldə olunan razılaşma İranın nüvə bombası hazırlamasına imkan verməyəcək.
Milli.Az