Dünya

İŞİD vəhşəti: kəndə divan tutuldu

Metbuat.az
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı daha bir vəhşiliyini gerçəkləşdirib.
 
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İŞİD dəstələri Suriyanın Həma şəhərinin yaxındığındakı Məbuca kəndinə hücum çəkiblər.
 
Kəndə divan tutan terrorçular 44 dinc sakini işgəncələrlə qətlə yetiriblər. Öldürülənlər arasında 2 uşaq da var.
 
Məbuca ələvilər, xristianlar və ismaililərin birgə yaşadıqları kənddir.
 
Kənddən qaçan sakinlər yaxınlıqdakı Səbbura qəsəbəsinə sığınıblar.
 
Milli.Az