Dünya
İŞİD silahlıları izdiham qarşısında 4 nəfəri edam edib
[ 07 Aprel 2015 23:51 ]
Bakı-APA. İŞİD terror qruplaşması 4 nəfərin başı kəsilməklə edam səhnəsinin əks olunduğu video yayıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, qətl İraqın Mosul şəhərində törədilib. Dörd iraqlı formal olaraq pul oğurluğunda və qadının öldürülməsində ittiham edilərək başları qılıncla kəsilməklə edam olunublar. Hökm elan edildikdən dərhal sonra şəhər meydanlarının birində izdiham qarşısında icra olunub.