Dünya

​İŞİD İraqın Ramadi şəhərini ələ keçirib

Metbuat.az

Bakı. 12 aprel. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının yaraqlıları İraqın Ramadi şəhərinin bir neçə rayonunu ələ keçiriblər.


"Report" CNN-ə istinadən xəbər verir ki, uzun sürət döyüşlər zamanı İraq ordusu ən azı on əsgərini itirib.


Həmçinin Ənbar əyalətində aparılan əməliyyatların rəhbəri general Qasim əl-Məhəmmədi yaralanıb.


Ramadi şəhəri paytaxt Bağdadın 110 kilometrliyində yerləşir.