Dünya
İŞİD İraqda qədim şəhəri dağıdıb
Bakı. 4 aprel. REPORT.AZ/ Terroroçu İŞİD qruplaşması İraqın şimalında yerləşən qədim parfiyanın Hatra şəhərini dağıdıb.
"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.
Terrorçular tarixi şəhərin ərazisindəki qədim abidələri və başqa mədəni əşyaları külüng, gürz və odlu silahlardan istifadə edərək dağıdıblar.
Məlumatda bildirlib ki, şəhərin bu ilin martlında dağıdılması ilə bağlı yayılmış xəbər doğru deyil. Çünki son tikintilər və arxeoloji tapıntılar Hatranın aprelin əvvəlində dağıdıldığını təsdiqləyir.
Xatırladaq ki, ellin dövrünün elementləri və qədim Romanın ənənələrini özündə əks etdirən Hatra YUNESKO-nun "Ümumdünya nadir mədəni arxitektura irsi" siyahısına daxil edilib.