Dünya
IŞİD İraqda 3 tayfa ağsaqqalını güllələyib
[ 14 Aprel 2015 04:42 ]
Bakı-APA. İraqın şimalında İŞİD silahlıları 3 tayfa ağsaqqalını güllələyiblər.
APA-nın məlumatına görə, bu barədə Bəhreynin “Əl-Vasat” qəzeti yazıb.
Ağsaqqallar İŞİD-i qanuni hökumət hesab etməkdən imtina ediblər.
Şahidlərin sözlərinə görə, onlar Mosul şəhərinin cənub hissəsində yerləşən hərbi düşərgənin ərazisində güllələniblər.