Dünya

İŞİD-in yeni vəhşiliyi: 30 xristianın başı kəsildi - VİDEO - FOTO +18

Metbuat.az
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Liviyada olan bölməsi Efiopiya vətəndaşı olan 30 xristianı edam edib.
Onların yarısı Aralıq dənizinin sahilinə aparılandan sonra başları kəsilib.
 
Milli.Az Daily Mail-ə isinadən bildirir ki, İŞİD edamın əks olunduğu 29 dəqiqəlik videonu internetdə paylaşıb.
Bu efiopiyalı xristianları İŞİD terrorçuları Liviyanın cənub və şərq vilayətlərində əsir almışdılar.
 
30 xristianın yarısı güllələnib, yerdə qalanlarının başları bədənlərindən ayrılıb.
Edamdan əvvəl üzündə qara maska, əlində tapança olan İŞİD mənsubu uzun-uzadı danışıb və bildirib: "Bütün xristianlar ya islamı qəbul etməli, ya da Quranda nəzərdə tutulmuş vergini ödəməlidirlər".
 
ABC bildirir ki, 30 efiopiyalı xristianın 15-i Liviyanın cənubundakı Fəssan vilayətində güllələnib, 15-i isə şərqdə edam olunub.
İŞİD bir müddət əvvəl Liviyada 21 kopt xristianı edam etmişdi.
 
Milli.Az
 



Videonu izləmək üçün şəklə klikləyin.