Dünya

İŞİD-in daha bir edamı - FOTO

Metbuat.az
"İraq və İslam Şam Dövləti" (İŞİD) terror təşkilatı daha bir vəhşilik edib.
 
Terrorçular Suriyanın Hama şəhərində "küfr yaymaq və şirk"də suçlanan adamın başını bədənindən ayıraraq edam ediblər.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şəhərin kənarında, yolun yanında diz çökdürülən, gözləri bağlanan adamın yanında duran və əlində böyük çapacaq tutmuş "cəllad"ın dediyinə görə, "bu kafir şirk yaymaq və küfrlə məşğul olub".
 
Bunu söyləyəndən sonra İŞİD mənsubu diz çökdürülmüş adamın başını bədənindən ayırıb.
 
Milli.Az