İŞİD-ə qarşı cihad elan edildi
Əfqanıstanda da fəallaşan İŞİD terror qruplaşmasına qarşı cihad elan edilib.
ANS PRESS-in məlumatına görə, Yaxın Şərqdə terror fəaliyyətləri dünya gündəmini zəbt edən İŞİD terror qruplaşmasının Əfqanıstanda da hücumlar həyata keçirməsi bölgədəki digər qruplaşmalar tərəfindən pislənib.
Bu qruplaşmalardan biri məşhur “Taliban” qruplaşmasıdır. Bu barədə Helmand şəhəri polis rəisi Nəbi Can Mulahəl bildirib.
Onun sözlərinə görə, iki qruplaşmanın bir-birinə qarşı cihad elan etməsi haqda əllərinə sənədlər keçib.
Talibanın hazırladığı yazıda İŞİD (DAİŞ) silahlılarının müsəlman olmadığı səbəbilə, İŞİD-in hazırladığı yazıda isə Talibanın islamdan çıxması səbəbilə qarşılıqlı cihad elan ediblər.
Əfqanıstan hökumətinin nəzarət edə bilmədiyi bölgələrdə hazırda İŞİD silahlıları fəaliyyətlərini davam etdirir və yeni üzvlərini yetişdirirlər.
MənbəANS PRESS